27 İyul 2024 12:55

Ramin Məmmədov Göyçayda vətəndaşları qəbul edəcək-TARİX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Azadsöz.az  xəbər  verir  ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov   5 iyun 2024-cü il saat 11:00-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində  Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonlarının sakinlərini qəbul edəcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinə (əlaqə  nömrəsi: (020) 274 19 53, (050)-899-88-54,  chairman@scara.gov.az,  dk-goychay@scara.gov.az)  müraciət etmələri xahiş olunur.

 

Səbuhi Eltonlu