Azadsöz.az xəbər verir ki, I Qarabağ Müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən edilmiş Göyçay rayon sakini Soltanov Səbuhi Sabir oğlunun nəşinin qalıqları dəfn olunmaq üçün Göyçay Şəhər Şəhidlər Xiyabanına gətirilib.
Şəhidlə vida mərasimində rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, Azadsöz.az xəbər saytının və AzadSözAz televiziyasının əməkdaşları, Vətən müharibəsinin iştirakçıları, şəhid ailələri, dindarlar, ağsaqqallar, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Göyçay Şəhər Şəhidlər Xiyabanın torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Daha sonra şəhid cənazəsinə bükülmüş Azərbaycan bayrağı rayon icra hakimiyyətinin başçısı tərəfindən şəhidin anasına təhvil verilib.
Qeyd edək ki, şəhid Soltanov Səbuhi Sabir oğlu 21 may 1967-ci ildə Göyçay şəhərində anadan olub. 21 iyun 1988-ci ilədək hərbi xidmətdə olmuş, 20 avqust 1993-cü ildə Səfərbərlik üzrə xidmətə cəlb edilmişdir. 22 yanvar 1994-cü ildə Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edərək itkin düşmüşdür.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov