Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda dekorativ güllərin əkilməsi davam etdirilir.
Azadsöz.az xəbər verir ki, 23 may tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən Heydər Əliyev prospektindən rayonun girişini bildirən “Göyçay” giriş lövhəsinin qarşısındakı yaşıllıq ərazisinə dekorativ güllərin əkilməsi işləri davam etdirilib.
İlkin olaraq ərazinin ot örtüyü biçilərək səliqəyə salınıb. Əkilməsi nəzərdə tutulan dekorativ güllərin yeri müəyyənləşdirilib, torpaq örtüyü hamarlanıb, çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.
Daha sonra əkilməsi həyata keçirilib. Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, sözügedən əraziyə 20 ədəd kalendra gülü əkilib.
Xatırladaq ki, 16 aprel tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən qeyd olunan əraziyə 111 ədəd müxtəlif növ dekorativ güllər əkilib.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov