27 İyul 2024 07:15

Göyçayda tövlə və ot bağlaması yandı

Azadsöz.az xəbər verir ki, yanğın hadisəsi Göyçay rayonunun Çərəkə kəndində qeydə alınıb.

Kənd sakini Əziz Usubova məxsus ümumi sahəsi 47 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlamasından 160 bağ ot yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Səbuhi Eltonlu