Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Toplantıda Komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb.
Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 700-ə çatıb.
Xatırladaq ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.
Sonuncu sərəncam 8 may 2023-cü il tarixdə imzalanıb.