27 İyul 2024 06:39

Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirildi – FƏRMAN

Azadsöz.az xəbər verir ki,  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu adlandırılıb.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin adının dəyişdirilməsi və “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanında dəyişiklik edilib.