Azadsöz.az xəbər verir ki, Türkiyənin “Koç Holdinq”i “Yapı Kredi Bank”ın səhmlərinin satışı üçün “First Abu Dhabi Bank” ilə danışıqlara başlayıb.
Məsələyə yaxın mənbələr qiymətlə bağlı danışıqların davam etdiyini və razılaşma əldə olunarsa, əməliyyatın həcminin 8 milyard dollar civarında ola biləcəyini bildiriblər.
Xəbərlə əlaqədar açıqlama verən “Koç Holdinq” danışıqların davam etdiyini, lakin ictimaiyyətə açıqlama tələb edən hər hansı bir razılaşma olmadığını bildirib.