22 İyun 2024 18:56

Bakıda qadın avtobusun təkəri altında qalaraq öldü

Azadsöz.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Sarvan Məhərrəmovun idarə etdiyi “Daewoo” markalı avtobusda 1964-cü il təvəllüdlü Tamella Cəfərova nəqliyyat vasitəsinin ön giriş qapısından təkərin altına düşüb.

Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.