Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda dekorativ güllərin əkilməsi davam etdirilir.
Azadsöz.az xəbər verir ki, 15 -16 may tarixlərində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonunun Natəvan küçəsində yerləşən yol dairələrinin yaşıllıq hissəsində milli ornametimiz olan butalar hazırlanıb.
Hazırlanmış butaların torpaq örtüyü hamarlanıb, çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.Butaların daxilinə ümumilikdə 400 ədəd dekorativ güllər əkilib. Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.
Görülən işlər çərçivəsində yol dairəsinin ot örtüyü biçilərək səliqəyə salınıb.
Qeyd edək ki, rayonda nəzərdə tutulmuş yerlərə dekorativ güllərin əkilməsi qrafikə uyğun olaraq davam etdiriləcək.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov