Azadsöz.az xəbər verir ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən metronun “28 May” stansiyası istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə NİİM məlumat yayıb.
Bundan başqa, Mirəsədulla Mirqasimov küçəsi və metronun “28 May” stansiyası istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun və Ceyhun Hacıbəyli kücələrindən istifadə etmələri tövsiyə olunur.