Azadsöz.az xəbər verir ki, illərdi maraqla və yorulmadan izlədiyiniz Azərbaycan filmlərin əksər kadrlarının füsunkar təbiəti və göz oxşayan mənzərəsi ilə seçilən müxtəlif bölgələrəmizdə çəkildiyini bilirik. Çoxunuz demək olar ki, filmlərimizin çəkildiyi rayonlara çox üz tutmusunuz. Bəzilərinizə həmin yerlər sadəcə dincliyiniz almaq üçün bir məkan kimi görünüb, bəzilərinizə isə həmin yerlər tarixi filmlərimizin yadda qalan kadrlarını xatırladıb.
Sizləri daima həvəslə baxdığınız bir filmin çəkildiyi məkanla tanış edəcəm. Həmin film rejissor Həbib İsmayılovun 1958-ci ildə ekranlaşdırdığı “Ögey ana” filminin çəkildiyi İsmayıllı rayonunun Buynuz kəndinin giriş hissəsidir.Belə ki, bu məkanda hələ də qorunub, saxlanılan bu ağac filmlərimizin tarixliyi kimi öz tarixinidə qoruyub saxlayır.Deyə bilərsiniz ki, bu ağacın bu filmlə nə əlaqəsi?.Bəli var əlaqəsi. Həmin yerdə çəkilən filmin bir hissəsi ilə yaddaşınızı təzələmək istəyirəm.
Filmdə İsmayıl rolunu canlandıran sevimli aktyorumuz Ceyhun Mirzəyevə “Ögey ana” rolunu özünəməxsusluğu ilə oynayan Dilarə (Nəcibə Məlikova) məktub verib, atası Arifin (İsmayılın atası Arif rolunu oynayan Fateh Fətullayev) işlədiyi əraziyə göndərir.Atasının yanından sevinclə qayıdan İsmayıl həmin bu kənddə sözügedən ağacın üzərinə çıxaraq, “Kəndimiz” mahnısını oxuyur.
Bəlkə də, çoxunuz bu ağacın qarşısından çox keçmisiniz ancaq tarixi filmimizin unudulmaz bu kiçik kadrı nostalji hisləri sizlərə xatırlatmayıb.Gəlin unutmayaq ki, bu cür məkanları çəkib göstərmək , yaddaşımızı təzələmək və tariximizi qorumaq hər birimizin borcudur.Çünki tarixi filmlərimizdə yer alan yerlərimiz mədəniyyətimizin-irsimizin özüdür.
Gülşən Muradova