02 Noyabr 2024 14:40

Belarus Prezidenti Azərbaycana səfərə gəlir

Azadsöz.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlir.

Bu barədə Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə rəsmi danışıqlar aparacaq.

İlham Əliyev və Aleksandr Lukaşenko, həmçinin, Azərbaycanın beynəlxalq kənd təsərrüfatı “Caspian Agro” sərgisinə baş çəkəcək, burada Belarus və Azərbaycanın ekspozisiyaları, kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsi ilə tanış olacaqlar.

kadıköy escort anadolu yakası escort istanbul travesti