Azadsöz.az xəbər verir ki, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində iki ölkə rəsmilərinin görüşü keçirilir.
Bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, Tavuş vilayətinin Azatamut kəndindən Azərbaycanın Qazax rayonuna gedən hissədə hərbi polis gücləndirilmiş nəzarətə keçib.
Xatırladaq ki, demarkasiya komissiyaları aprelin 19-da birgə bəyanat verib və yerində aparılan ölçmələr nəticəsində sərhəd xəttinin dörd hissəsinin təsvirinin tərtib edilməsi və bu barədə mayın 15-dək müqavilənin imzalanması üçün son tarix müəyyənləşdiriblər.