Azadsöz.az xəbər verir ki, Cəlilabad qaz paylayıcı stansiyadan qidalanan Maşlıq, Muğan və Söyüdlü kəndlərini təbii qazla təmin edən, orta təzyiqli yeraltı qaz kəmərinin kipliyə sınaq edilməsi məqsədilə, ümumilikdə 1 800 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.