19 May 2024 16:05

Azərbaycanlı general vəfat etdi

Azadsöz.az xəbər verir ki, uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. 

Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğlu Abışov 1957-ci ildə Biləsuvarın Aşağı Cürəli kəndində doğulub.