Azadsöz.az xəbər verir ki,  bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərdəki kütləvi məzarlıqlarda qazıntı işləri aparılıb: “İtkin düşmüş vətəndaşlarımızın taleyinin araşdırılması istiqamətində işlər aparılır”.

O qeyd edib ki, 73 nəfər itkin düşmüş şəxs barəsində iki istiqamətdə iş aparılır.

“İstiqamətlərdən biri Birinci Qarabağ müharibəsində zamanı Bakı və Azərbaycanın müxtəlif rayonlarında tanınmamış şəxslərin naməlum şəhid kimi dəfn edilənlərdir. Digər istiqamət isə Ağdamın Sarıcalı kəndində, Şuşanın Daşaltı kəndində və Xocavəndin Edilli kəndində aşkar edilən ketləvi məzarlıqlardır”, – o deyib.