25 Noyabr 2024 21:32

Masallıda marketdə istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Azadsöz.az xəbər verir ki, Masallı rayonu, Ərkivan qəsəbəsində fəaliyyət göstərən “Qala” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının pozulduğu məlum olub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, marketdə yararlılıq müddəti bitmiş, həmçinin mənşəyi məlum olmayan və etiket məlumatlarında uyğunsuzluqlar olan müxtəlif növ qida məhsullarının satışının həyata keçirildiyi aşkarlanıb. Eyni zamanda işçi heyətin tibbi müayinədən keçmədiyi, gigiyenik təlimlərə cəlb olunmadığı və fərdi qoruyucu vasitələrlə təmin edilmədiyi müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində protokol tərtib edilib. Tibbi müayinədən keçməyən işçi heyəti ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair, eyni zamanda istehlaka yararsız məhsulların satışının qarşısının alınması və məhv edilməsi ilə bağlı qərar qəbul olunub.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul