“Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur. Kimsə nikaha məcbur edilə bilməz. Qadağandır, məsuliyyət yaradır”.
Azadsöz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
“Bərdə rayonunda adam oğurluğu faktına görə cinayət işi qaldırılıb. Oğurlanan 2001-ci təvəllüdlü şəxs polis əməkdaşlarının çevik müdaxiləsi ilə tapılaraq ailəsinə qaytarılıb”, – deyə E.Hacıyev qeyd edib.