Azadsöz.az xəbər verir ki, rayonun Bum qəsəbəsində yaşayan 2004-cü il təvəllüdlü Bəhruzə Quliyeva özünü tövlədə asaraq həyatına son qoyub.
Bildirilib ki, B.Quliyevanın nişanlısı Qəbələnin Xırxatala kənd sakini 1991-ci il təvəllüdlü Rəşad Əlizadə bu ilin 16 martında Ağdaşda yük maşınlarının toqquşduğu ağır yol qəzasında həlak olub. Yol-nəqliyyat hadisəsi zamanı daha 2 nəfər də dünyasını dəyişib.
Oxu.az-ın məlumatına görə, intihar edən qızın qardaşı – Bəhruz Quliyev 1992-ci ildə şəhid olub. Qardaşı şəhid olduğuna görə onun adını yaşatması üçün bacısına Bəhruzə adını veriblər. Ailənin yaşadığı küçə də məhz şəhid Bəhruz Quliyevin adını daşıyır.
Faktla bağlı araşdırma aparılır.
****
09:53
Azadsöz.az xəbər verir ki, hadisə Qəbələ rayonu, Bum qəsəbəsində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Bəhruzə Quliyeva özünü tövlədən asaraq, intihar edib.
Faktla bağlı araşdırma aparılır.