27 İyul 2024 07:44

Göyçayda maşın iki piyadanı vurub-SON DƏQİQƏ

Azadsöz.az xəbər verir ki, hadisə bu gün günorta  saatlarında  rayonun Heydər Əliyev prospektində  qeydə  alınıb.

Hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobili piyadalar 1978-ci il təvəllüdlü Könül Kərim qızı Mürsəlova və rayonun Kürdəmiş kənd sakini, 1972-ci il təvəllüdlü Reyhane  Muxtar qızı Mehdiyevanı vurub.

Qəzada xəsarət alan  hər iki  piyada Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Səbuhi Eltonlu