Azadsöz.az xəbər verir ki, aprelin 21-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ilkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı, 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb.
Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq.