Azadsöz.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Səma şadlıq sarayının qarşısında baş verib. 1971-ci il təvəllüdlü rayon sakini Qurbanov Fərrux Məhəmməd oğlu üzərinə benzin tökərək özünü yandırıb.
Ətrafdakı şəxslərin müdaxiləsi ilə söndürülən şəxs təcili xəstəxanaya çatdırılıb. İntihara cəhdin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. (unikal)