23 Noyabr 2024 12:42

“Google” İsrailə görə SƏRT QƏRAR VERDİ

Azadsöz.az xəbər verir ki, “Google” şirkətin İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb.

Bu barədə “The Wall Street Journal” “Google”un Qlobal Təhlükəsizlik üzrə vitse-prezidenti Kris Rakovun daxili məktubuna istinadla xəbər verir .

Etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib. İşçilər “Google” və “Amazon”un İsrail hakimiyyəti ilə birgə bulud hesablamaları müqaviləsinə qarşı çıxıblar. Şirkət daxilində etirazlar “qəbuledilməz və son dərəcə pozucu” adlandırılıb.

“Etirazlar digər işçilər. təhlükə altında olduğlarını hiss etdirdi”, – Rakow məktubunda yazıb.

Etirazların təşkilatçıları 28 əməkdaşın işdən çıxarılmasından narazılıqlarını ifadə ediblər. Deyiblər ki, “Google” bununla İsrail hökuməti və ordusu ilə 1,2 milyard dollarlıq müqaviləni öz işçilərindən daha çox qiymətləndirdiyini sübuta yetirib.

Etirazlara səbəb “Google” və “Amazon”un İsrail hökuməti ilə “Nibmus” layihəsi çərçivəsində bulud hesablama xidmətləri, o cümlədən süni intellekt və maşın öyrənmə texnologiyaları təqdim etmək üçün müqavilə bağlaması olub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul