Bu ilin üç ayında 345 məktəbdə yoxlama aparılıb, 55 nəfər işdən çıxarılıb.
Azadsöz.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.
Onun sözlərinə görə, həmin müddətdə 89 nəfərə xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib.