Azadsöz.az xəbər verir ki, bu il avtomatik olaraq 1-ci sinfə qəbul ediləcək şagirdlərin sayı açıqlanıb.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.
O bildirib ki, Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq 1-ci sinfə keçiriləcək.