Azadsöz.az xəbər verir ki, bu gündən etibarən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilir.
İlkin vakansiya seçimi mərhələsində dövlət ümumi təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri iştirak edəcəklər.
Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçimi edə bilərlər. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi birinci mərhələdə 19 aprel saat 11:00-dək davam edəcək.