28 Noyabr 2024 10:48

İlham Əliyev həmkarını təbrik etdi

Azadsöz.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti seçilməsi münasibətilə Peter Pelleqrinini təbrik edib.

Təbrik məktubunda bildirilir:

“Slovakiya ilə dostluq əlaqələrimizin inkişafı bizim üçün böyük önəm kəsb edir. Hazırda Azərbaycan-Slovakiya əməkdaşlığının müxtəlif sahələrdə yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur”.

Keçən ildən Azərbaycanın Bratislavada fəaliyyətə başlamış səfirliyinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə töhfə verəcəyinə inandığını vurğulayan Azərbaycan Prezidenti bildirib:

“Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik”.

Dövlət başçısı Prezident Peter Pelleqriniyə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul