Azadsöz.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri hazır vəziyyətdədir.
Bunu İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi Daniel Haqari bildirib. Onun sözlərinə görə, ABŞ ilə sıx koordinasiya aparılır.
D.Haqari qeyd edib ki, bu həftə İsrail ordusu vəziyyəti qiymətləndirib və İrandan hücuma hazırlıq planlarını təsdiqləyib.