19 May 2024 05:57

Pakistanda silahlı hücum – Ölənlər var

Azadsöz.az xəbər verir ki, Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub.

Məlumata görə, ondan çox yaraqlı Nuşka şəhərindən 1 km aralıda milli avtomobil yolunu bağlayıb. Silahlı qüvvələr maşınları yoxlamağa başlayıb, dayanmayanlara atəş açılıb. Mərmilər nəticəsində avtomobillərdən biri aşıb, iki nəfər ölüb.Yaraqlılar işçiləri daşıyan sərnişin avtobusunu da saxlayıb, 9 nəfəri qaçırıblar. (Trend)