19 May 2024 10:54

Xaçmazda zəncirvari qəza: Yaralananlar var – FOTO

Azadsöz.az xəbər verir ki, Xaçmazda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xaçmaz şəhərinin “Bakı” prospektində qeydə alınıb.

Belə ki, “Mercedes”, VAZ-2107 və VAZ-21015 markalı minik avtomobilləri toqquşublar.

Qəza zamanı iki nəfər yaralanıb.

Xəsarət alanlar avtomobildən Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilərinin köməyi ilə çıxarılıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.