20 Sentyabr 2024 21:51

Biləsuvarda atasının motosikletini idarə edən yeniyetmə qəza törədib

Azadsöz.az xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndinin ərazisində qeydə alınıb.

Kənd sakini 2008-ci il təvəllüdlü A.N.Rafət oğlu, atasına məxsus motosikleti sürərkən idarəetməni itirib.

Nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəzada yeniyetmə xəsarət alıb və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (apa)

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com