18 May 2024 20:20

Kəlbəcərdə yanacaq daşıyan maşın çaya aşıb: Ölənlər Var- FOTO/VİDEO YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, Kəlbəcər rayonunun  Comərt kəndində yanacaqdaşıyan maşının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

“Aparılan axtarışlar nəticəsində ölən sürücü, Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, deyə o bildirib.

Faktla bağlı araşdırma aparılır.

*****

00:20

Azadsöz.az xəbər verir ki, hadisə  Kəlbəcər rayonunun  Comərt kəndində qeydə alınıb.

Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun  idarə etdiyi “Howo” markalı yanacaqdaşıyan maşın  idarəetməni itirərək  çaya  aşıb.

Nəticədə avtomobilin sürücüsü  Rəhim Şahbazov və  Göyçay  rayonu  Qarabağlar kənd sakini,1998-ci il təvəllüdlü Sadıqov  Bəhram Manaf  oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Səbuhi Eltonlu