13 May 2024 11:03

Fərqliliyimiz Uğurumuzdur

UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin oyunlarına start veriləcək

Azadsöz.az xəbər verir ki, bu gün UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin oyunları keçiriləcək.

Məlumata görə, günün qarşılaşmaları Çexiya, Yunanıstan, İngiltərə və Belçikada baş tutacaq.

“Olimpiakos” (Yunanıstan) “Fənərbağça” (Türkiyə) ilə, “Plzen” (Çexiya) “Fiorentina” (İtaliya) ilə, “Aston Villa” (İngiltərə) “Lill” (Fransa) ilə, “Brügge” (Belçika) PAOK (Yunanıstan) ilə qarşılaşacaq.

Komandaların cavab matçları aprelin 18-də keçiriləcək.

Qeyd edək ki, dörddəbir final mərhələsinin bütün oyunları bu gün, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

UEFA Konfrans Liqası dörddəbir final mərhələsi

11 aprel

“Olimpiakos” – “Fənərbağça”

Baş hakim: Sandro Şerer (İsveçrə)

Pirey, Georgios Karaiskakis stadionu

“Plzen” – “Fiorentina”

Baş hakim: Orel Qrinfeld (İzrail)

Plzen, “Dossan Arena” stadionu

“Aston Villa” – “Lill”

Baş hakim: Espen Eskos (Norveç)

Birmingem, “Villa Park” stadionu

“Brügge” – PAOK

Baş hakim: Daniel Zibert (Almaniya)

Brügge, Jan Breydel stadionu