Azadsöz.az xəbər verir ki, Gürcüstan ilə Çin Xalq Respublikası arasında viza rejimi ləğv olunub.
Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqi ilə əlaqədar Çinin “China Southern Airlines” aviaşirkəti yay mövsümündə Gürcüstana uçuşların tezliyini artırmağı planlaşdırır.
Bundan əlavə, vizasız rejim qüvvəyə mindikdən sonra Tbilisi ilə Çinin ən böyük şəhərləri arasında birbaşa aviareyslərin açılması məsələsi ilə bağlı müzakirələrə başlanacaq.