Azadsöz.az xəbər verir ki, Göyçay rayonu Hacı Zeynalabdin Tağıyev küçəsində iki fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Belə ki, yanğın rayon sakinləri 73 yaşlı Məmmədov Sakit Məmməd oğluna və 68 yaşlı Məmmədov Nazir Məmməd oğluna məxsus 5 və 6 otaqlı fərdi yaşayış evlərində baş verib.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
bahçelievler escort
Yanğın nəticəsində Sakit Məmmədova məxsus ümumi sahəsi 140 kv metr birmərtəbəli beş otaqlı evin iki otağı və evin tavan hissəsi tamamilə yanar konstruksiyaları ilə birlikdə yanıb.Yanğın zamanı alovun ərazisi böyüyərək qonşu Nazir Məmmədovun evinə də keçib və ümumi sahəsi 300 kv metr birmərtəbəli 6 otaqlı olan evin mətbəxt hissəsinin tavanı yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Səbuhi Eltonlu