Azadsöz.az xəbər verir ki, 2023-cü il ərzində artıq 146 internet operator və provayder, o cümlədən host provayder uçota alınıb.
Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü ildəki fəaliyyətinə dair illik hesabatında qeyd olunub.
Hesabata əsasən, 31.12.2023-cü il tarixə uçota (qeydiyyata) alınan operator, provayder və host provayderlərin sayı 153-ə çatıb.
Həmçinin Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sistemi üzərindən İnternet xidmətinin göstərilməsini qeyd edən, lakin uçot üçün müraciət etməyən şirkətlər mütəmadi olaraq araşdırılmış və müvafiq tədbirlər görülüb.