Azadsöz.az xəbər verir ki, Qırğızıstan prezidenti Sadır Japarov 24-25 aprel tarixlərində Azərbaycana dövlət səfəri edəcək.
Bu barədə Qırğızıstanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Səfirlikdən qeyd olunub ki, 23-26 aprel tarixlərində Bakıda Qırğızıstan Mədəniyyət günləri keçiriləcək.
Qırğızıstan prezidetinin səfər proqramı hələlik açıqlanmayıb.
Qeyd edək ki, Sadır Japarovun Azərbaycana öncəki səfəri 2023-cü il noyabrın 23-24-də baş tutub. Qırğızıstan prezidenti BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) dövlət başçılarının sammitində iştirak etmək üçün Azərbaycana səfər etmişdi.