28 Noyabr 2024 10:39

Ağdaban qətliamını törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər – Ombudsman

Azadsöz.az xəbər verir ki, Ermənistanın törətmiş olduğu soyqırımı cinayətlərindən biri olan Ağdaban qətliamından 32 il ötür.

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ağdaban qətliamının 32-ci ildönümü ilə bağlı paylaşımında deyilir.

“1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində törədilmiş qətliam zamanı kəndin 779 nəfər dinc sakini müxtəlif işgəncələrə məruz qalıb, uşaqlar, qadınlar və qocalar diri-diri yandırılıb, insanlar amansızlıqla qətlə yetirilib. Eyni zamanda, tarixi, mədəni və dini obyektlər dağıdılıb, Azərbaycanın mədəni irsinə aid əsərlər məhv edilib.

Beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının kobud pozulması ilə törədilən Ağdaban qətliamına beynəlxalq səviyyədə hüquqi qiymət verilməli, bu qanlı cinayəti törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər”, – deyə əlavə edilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul