20 Sentyabr 2024 19:45

Zaqatalada kömür sexində yanğın olub

Azadsöz.az  xəbər  verir  ki, Zaqatala rayonunun Aşağı Tala kəndində, rayon sakini Toğrul Yunus oğlu Balayevə məxsus, ümumi sahəsi 286 kv/m olan kömür istehsalı sexində yanğın baş verib.

Dam örtüyünün taxta atmaları 4 m² sahədə və içərisində taxta taralara yığılan 3 ton kömürün 1,5 tonu yanıb.

Sexin və kömürün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com