Azadsöz.az xəbər verir ki, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid anası Nurcahan Hüseynova vəfat edib.
Bu barədə “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu məlumat yayıb.
Bildirilib ki, o, uzun müddət xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, N. Hüseynovanın oğlu 1992-ci ildə şəhid olub.