Azadsöz.az xəbər verir ki, aprelin 7-də saat 03:00 radələrində Yevlax rayonun Əkşəm kəndi ərazisində 2000-ci il təvəllüdlü Musa Mahir oğlu Orucovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
İlkin məlumata görə, hadisə tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.