28 Noyabr 2024 12:51

İstilik xidmətinə görə hesablaşma qaydası müəyyən edildi

Azadsöz.az xəbər verir ki, Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın təsdiq edilməsi haqqında” 28 sentyabr 2005-ci il tarixli və “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” 5 sentyabr 2023-cü il tarixli qərarlarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə Tarif (qiymət) Şurasının müəyyən etdiyi tariflərlə, isti su təchizatı xidmətlərinə və qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar isə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçiriləcək.

Ankara escort İstanbul Travesti Shemale İstanbul