Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən növbəti səliqə-sahman işlərini rayonun Heydər Əliyev parkında aparılıb.
Parkın yaşıllıq sahəsinin ot örtüyü biçilərək səliqəyə salınıb.Bununla yanaşı torpaq örtüyü hamarlanıb, əkilmiş ağacların, dekorativ güllərin dibləri bellənib və aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Göyçay rayonunda yaşıllıq zolaqlarının mühafizəsi və onlara qulluq göstərilməsi müntəzəm davam etdirilir.