13 İyun 2024 23:43

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azadsöz.az xəbər verir ki, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Jiquli” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində Saatlı rayonunun Əlisoltanlı kənd sakinləri, 1953-cü il təvəllüdlü Nəzərov Əli Əliqulu oğlu və 1970-ci il təvəllüdlü İslamov Məhərrəm Təhməz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)