28 Noyabr 2024 13:58

Milli Konservatoriya publik hüquqi şəxs olacaq

Azadsöz.az xəbər verir ki, Azərbaycan Milli Konservatoriyası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Milli Konservatoriyasına çevrilmə yolu ilə yenidən təşkil edilir.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla, həmçinin “Azərbaycan Milli Konservatoriyasının Nizamnaməsi” təsdiq edilib.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Azərbaycan Milli Konservatoriyasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul