27 İyul 2024 08:27

Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb-FOTO

Azadsöz.az xəbər verir ki, bu gün səhər saatlarında Nəsimi rayonu, Rəşid Behbudov ilə 28 May küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə  DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində kəsişmədə olan bir ədəd svetofor dirəyi yararsız vəziyyətə düşüb. Hazırda Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədirlər və svetoforun qısa zaman ərzində bərpa edilməsi məqsədilə işlər görülür.