28 Noyabr 2024 20:35

Rezidenturaya qəbul elan edildi

Azadsöz.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2024-2025-ci tədris ili üçün rezidenturaya qəbul elan edib.

Bu barədə DİM məlumat yayıb.

Bilidirilib ki,namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 1-ci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidir.

1 apreldən 11 aprel saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsində (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=3) “Namizədin elektron ərizəsi” formasını doldurulmalı və təsdiq edilməlidir.

Qeyd edilib ki, əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdinin 2024-cü il mayın 5-də, II cəhdinin iyunun 23-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə avqustun 4-də keçirilməsi planlaşdırılır.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (topladığı bal 40 və daha çox olan) namizədlər buraxılırlar. Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Müsabiqəyə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 50-dən az olmayan namizədlər buraxılırlar.

Qəbul elanının tam mətni «Rezidentura» jurnalının 2-ci sayında dərc olunub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul