13 May 2024 14:11

Fərqliliyimiz Uğurumuzdur

“Mançester Siti” – “Arsenal” oyununda qalib müəyyənləşmədi

Azadsöz.az xəbər verir ki, futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu tura yekun vurulub.

Turun maraqlı matçı “Mançester Siti” və “Arsenal” komandaları arasında baş tutub. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Günün digər oyununda “Liverpul” “Brayton”a 2:1 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra “Liverpul” 67 xalla turnir cədvəlinə başçılıq edir. “Arsenal” 65 xalla ikinci, 64 xallı “Mançester Siti” isə üçüncü pillədə qərarlaşıb.