“Azadsöz.az” rus mətbuatına istinadən xəbər verir ki, Azadlığa çıxan Rusiyanın bir nömrəli “qanuni oğrusu” hesab edilən Zaxari Kalaşov (Şakro Molodoy) xəstəxanaya yerləşdirilib.
Bu barədə onun vəkili Tengiz Papaskua məlumat yayıb.
“Onun azadlığa buraxılmasının nə fərqi var? O, artıq xəstəxanadadır”, – Papaskua bildirib.
Martın 13-də məlum olub ki, Krasnodar diyarının Ust-Labinsk məhkəməsi 70 yaşlı Zaxari Kalaşovun azadlığa buraxılması barədə qərar qəbul edib.
2018-ci ildə Şakro Molodoy Moskvanın Roçdelskaya küçəsində yerləşən “Elements” restoranının sahibini hədə-qorxu ilə tələb etdiyinə görə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Şakro cəzasını Krasnodar diyarında ciddi rejimli koloniyada çəkib.