25 Noyabr 2024 14:46

“Crocus City Hall”da terror törədənlər narkotik maddənin təsiri altında olub – KİV

Azadsöz.az xəbər verir ki,  “Crocus City Hall”da terror törədənlər narkotik və ya psixotrop maddələrin təsiri altında olublar.

Bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarından “TASS” agentliyinə bildiriblər.

“Dörd nəfər narkotik sərxoşluq vəziyyətində olublar. Onların hansı narkotik və ya psixotrop maddədən istifadə etdikləri ekspertiza tərəfindən müəyyən edilir”, – məlumatda deyilir.

Qeyd edək ki, “Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada “Crocus City Hall”da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul